Britaniyalı televiziya ulduzu Sofi Montaqın başına maraqlı iş gəlib.
Lent.az xəbər verir ki, o, avtomobili ilə işə gedərkən Londondakı Temza çayının üstündəki ən yaxın körpünü tapmaq üçün naviqatordan istifadə edib.
Lakin bir müddət getdikdən sonra görüb ki, artıq səfərə hazırlaşan gəmiyə çatıb. Məlum olub ki, gəminin yanalma klörpüsü ilə çayın üzərindəki avtomobil körpüsü yan-yanadır. Qadın geriyə qayıtmaq üçün də kifayət qədər vaxt sərf edib.