Namib səhrasındakı qəribə dairələrin sirri açıldı
01 noyabr 2022 17:46 (UTC +04:00)

Namib səhrasındakı qəribə dairələrin sirri açıldı

Alimlər uzun illərdir Afrikanın cənub qərbində yerləşən Namib səhrası üzərində yayılmış qəribə “xalların” izahını tapmağa çalışırdılar.

Səhra üzərinə səpələnmiş bəzən diametri 10 metrə çatan dairəvi çökəkləri gah termitlərlə, ga da yadplanetlilərlə əlaqələndirirdilər. Lakin yaxın günlərdə məlum olub ki, yaranmış dairələr torpağın özünü qoruma instinktiymiş.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Hettingen Universitetinin alimləri dairələrin sirrini açmaq üçün onların içərisinə bir neçə ötürücü yerləşdirərək, il ərzində müşahidə ediblər. Məlum olub ki, əslində səhrada bu çökəkliklərin yaranmasına səbəb az sayda olan səhra bitkiləri imiş. Bitkilər özlərini qorumaq üçün ətraflarında ekosistem yaradır, nəmişliyi öz ətraflarında toplayırlar. Bu da həmin dairələrin yaranmasına səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3108
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar