Müsəlmanların dünya tarixində  ən məşhur İXTİRALARI
20 dekabr 2022 16:45 (UTC +04:00)

Müsəlmanların dünya tarixində ən məşhur İXTİRALARI

Tarix boyu müsəlman ixtiraçıların dünyaya bəxş etdikləri ixtiralar həm Avropanı, həm də digər ölkələri dəyişməyə kifayət edib. Hələ qədimlərdə ilk hamamları, xəstəxanaları müsəlmanların tikdiyi iddia edilir. Çünki Şərq ölkələrinin ən çox önəm verdiyi şeylərdən biri də tibb və təmizlik olub. Ancaq müsəlmanların ixtira etdikləri bununla bitmir. Onlar elm sahəsinə də mühüm və vacib töhfələrini veriblər. Xarici mediaların biri bu barədə maraqlı siyahı hazırlayıb.

Lent.az həmin siyahını təqdim edir:

Avtoqələm

İlk avtoqələm 953-cü ildə Misir sultanlarının biri üçün ixtira olunub. Belə ki, həmin dövrdə sultan paltarını və əlini bulamayan qələm tələb edib. Daha sonra onun göstərişi ilə bu qələm hazırlanıb.

Barıt

Tarixdə ilk dəfə barıtdan ərəblər hərbi məqsədlər üçün istifadə edib. O zamanki Xaç yürüşlərində müsəlmanların istifadə etdikləri bu maddə avropalıları bir xeyli təəccübləndirmişdi.

Paraşüt

Əndəlüslü şair Abbas Qasım İbn Firnas 852-ci ildə uçan bir cihaz hazırlamaq istəyib. O uçan aparatına ipək və qartal tüklərindən qanad düzəldib. Daha sonra hazırladığı cihazla məscidin minarəsindən tullanıb. Uzun müddət havada quş kimi uça bilməsə də, yerə heç bir zədə almadan enə bilib. Bu hadisə Qərbdə təyyarələr hazırlayan və uçurmağı bacaran Rayt qardaşlarından təxminən 1023 il əvvələ təsadüf edir.

Sabun

Xaç yürüşləri zamanı müsəlmanları təəccübləndirən xristianların aqressivliyi deyil, avropalılardan gələn pis qoxu və çox az hallarda çimmələri idi. Hələ Qədim Misirdə o vaxtları sabun var idi. Amma ərəblər müasir növlü sabunu müxtəlif bitki yağlarını qarışdıraraq əldə edib. Həmçinin, şampun da ərəblərin ixtirasıdır. O ilk dəfə İngiltərəyə 1759-cu ildə bir müsəlman tərəfindən gətirilib.  

Peyvənd

İlk peyvənd anlayışı İslam dünyasında yaranıb. Avropada hələ tətbiq olunmazdan 50 il əvvəl Osmanlı İmperiyasında uşaqlara çiçək xəstəliyinə qarşı peyvənd edilirdi. Həmin dövrdə ingilis səfirinin həyat yoldaşı Ledi Montaqu eyni üsulun öz ölkəsində tətbiq edilməsi üçün cəhd göstərsə də, həm kilsə, həm də elm adamları tərəfindən mənfi reaksiyalar almışdı.

Cərrahiyə alətləri

Bu gün dünyada istifadə edilən bütün cərrahi alətlərin ixtiraçısı Əndəlüs əməvilərindən biri olan Əl Zəhraviyədir. Müasir tibbdə neştər, sümük mişarı, göz cərrahiyəsi üçün qayçı və daha 200 cərrahi alət hələ də istifadə olunur.

Xalçalar

Xalça mədəniyyəti ilk dəfə Yaxın Şərqdə yaranan və müasir dövrümüzə qədər gəlib çatan ən mühüm ev əşyasıdır. Avropalılar xalçaçılıqla bağlı bütün texnikaları müsəlmanlardan götürüb.

Şahmat

Şahmat ilk dəfə 6-cı əsrdə Hindistanda yaranıb. Hələ bizim eradan əvvəllər şahmatın oynandığına dair sübutlar Misirdəki piramidaların gövdələrində aydın şəkildə görünür. Amma hazırda dünyada oynanılan şahmat forması ilk dəfə 10-cu əsrdə İranda hazırlanıb. Yaxın Şərqdə və Asiyada tanınan şahmat Əməvilər vasitəsilə Avropaya gətirilib.

Qəhvə

Qəhvə ağacı ilk dəfə Həbəşistanın Kaffa bölgəsində tapılıb. Bu sözün ərəbcə qarşılığı “qahvah”dır. Ərəblər o vaxtlar bu içkini xoş içki, şərab kimi istifadə edirdi. Qəhvə indiki anlamını isə 14-cü əsrdə almağa başlayıb.

Daha sonra o 15-ci əsrdə Osmanlı və Məkkəyə, 1645-ci ildə isə Venesiyaya gətirilib. Burada türk dilində “qəhvə” sözünə çevrilib və Avropada café, caffe, koffie, coffee, koffie, Kaffee kimi səslənməyə başlayıb. 1652-ci ildə İngiltərəyə qəhvəni ilk Paşa Rza adlı türk gətirib. Daha sonra o buranın məşhur Lombard küçəsində ilk qəhvəxanasını açıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3429
avatar

Sevinc Fərid

Oxşar yazılar