Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın İmam Hatip liseyində incəsənət tarixi müəllimi Semra Acar Ərdoğanın o illərini xatırladaraq deyib: "O, həqiqətən də anadangəlmə lider idi. Sinif rəhbəri idi. Dostları ilə çox yaxşı yola gedirdi və müəllimlərinə böyük hörmət göstərirdi. Türkiyənin hazırkı vəziyyətini görürük. Hər sahədə müasir dövlətlərin səviyyəsini aşmışıq. Deyə bilərəm ki, Afrikanı fəth etmişik. Afrika bizim bir bir parçamıza çevrilib".
Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, prezident Ərdoğan 1965-ci ildə Kasımpaşadakı Piyalepaşa ibtidai məktəbini, 1973-cü ildə isə hazırda onun adını daşıyan Fatihdəki Anadolu İmam Hatip liseyini bitirib. Ərdoğanın incəsənət tarixi müəllimi Semra Acar o vaxtlar İstanbul İmam Hatip liseyi kimi tanınan məktəbdə çıxış edib. Hazırda 82 yaşı olan Acar prezident Ərdoğanın tələbəlik illərindən danışıb.
"Getdiyimə sevindim”
Acar 1970-ci ildə İstanbul İmam Hatip liseyində işləməyə başlayanda müəllimlərin onu qəribə hesab etdiklərini, çünki hicab taxmadığını, lakin tez bir zamanda həmkarları ilə ortaq dil tapdığını və sevildiyini söyləyib. Acar qeyd edib ki, Merve və Ravza Kavakçının anası Gülhan Kavakçı da həmin illərdə məktəbdə alman dili dərsləri deyib və onun İstanbul İmam Hatip liseyində çox gözəl illər keçirdiyini vurğulayıb.
İstanbul İmam Hatip liseyində dünyagörüşünün dəyişdiyini və "Getdiyimə şadam" dediyini bildirən Acar əlavə edib: "Artıq tərif, minnətdarlıq və məmnunluq hissləri keçirirdim, amma bunlar daha da vurğulanırdı. Orada təcrübə mübadiləsini və paylaşmağı daha da gücləndirdik".
“Orada bir çox şey həyatıma gözəlliklər qatdı”
Acar, Türkiyənin demək olar ki, hər əyalətindən əsasən internatda yaşayan şagirdlərin olduğu məktəbin o dövrdə məhdud resurslara malik olduğunu və bəzi ehtiyacların müəllimlər tərəfindən ödənildiyini bildirib. Buna baxmayaraq, o, İstanbul İmam Hatip liseyinin müəyyən standartlara malik məktəblər arasında olduğunu qeyd edib. Acar, həftədə üç gün məktəb menyusunda kapuska olduğunu və şagirdlərlə eyni yeməyi paylaşdığını deyib: "Mən adətən onların süfrəsinə gedirdim. Biz paylaşırdıq və oradakı bir çox şey həyatıma gözəllik qatırdı".
"Prezidentimiz mənim edə bilmədiyim hər şeyi bir-bir etdi"
Təxminən beş il işlədiyi məktəbdə şagirdlərə dərs dediyini, İslamın əvvəlindən bəri sənət əsərlərini əhatə etdiyini və onların Səlcuqlu və Osmanlı sənətini hərtərəfli araşdırdıqlarını izah edən Acar deyib: "Buna görə də bütün tələbələrimin, xüsusən də prezidentimizin Səlcuqlu və Osmanlı mədəniyyətinə heyran olduğunu görürsünüz. Görünür, onun dərin marağı var idi və biz bir çox oxşarlıqları paylaşırdıq. Dəyərli pvladım, prezidentimiz mənim edə bilmədiyim, xəyallarımdan çox-çox uzaq şeyləri bir-bir etdi".

"Ərdoğan məktəbdə iz qoyan bir şagird idi"
Acar, əksər şagirdlər kimi internat məktəbində oxuyan Ərdoğanın da uğurlu və fərqli bir şagird olduğunu, məktəbində iz buraxdığını bildirib. Acar, Ərdoğanın məktəbdə onun nümayəndəsi olduğunu və çoxsaylı əməkdaşlıq layihələri həyata keçirdiklərini qeyd edib. O, İmam Hatip məktəblərində yaxşı insanların yetişdiyini və demək olar ki, hamısının ortaq bir məqsədi və vizyonu olduğunu vurğulayıb.
O dövrdə İmam Hatip məktəblərində oxuyan uşaqların məqsədlərinə çatmaq yolunda uğur qazanmağa çalışdıqlarını vurğulayan Acar deyib: "Bunlar uğur qazanmaq üçün gələn uşaqlar idi. Onların hamısı həm keçmişdə, həm də bu gün hökumətdə çox yüksək vəzifələr tutublar. Əlbəttə ki, prezidentimizin rəhbərliyi və yol göstərişləri altında çox, çox uğurlu olublar. Onu nümunə götürüblər. İmam Hatip şagirdlərinin uğurlarına həqiqətən heyranam və hamısını çox sevirəm".
"O, həqiqətən də lider olmaq üçün doğulmuş bir uşaq idi"
Acar Ərdoğanın liderlik keyfiyyətlərinin hətta o illərdə də özünü göstərdiyini vurğulayıb:
"İnsanlar anadangəlmə lider olmurlar və bu, həyatda sonradan baş vermir, amma prezidentimizdə fərqli bir şey var idi. O, həqiqətən anadangəlmə lider idi. Həm sinifdə, həm də məktəbdə bütün müəllim yoldaşlarımız bu fikri bölüşürdük. O, bir vaxtlar sinif rəhbəri olub və yaxşı bir idmançı idi. Tənəffüslərdə, fürsət tapdıqca idmanla məşğul olurdu və indi də məşğul olur. Bəzən onu basketbol oynayarkən görürəm və bu, xoşuma gəlir; bu, ona yaraşır.
Möhtəşəm bir natiqliyə sahibdir və eyni zamanda debat və ədəbiyyat bölmələrinin rəhbəri idi. Digər məktəblərlə tez-tez müzakirələr aparırdıq. Cənab prezident həmişə birinci olub, məktəbə kuboklar və mükafatlar gətirib".

Acarın sözlərinə görə, Ərdoğan həmyaşıdları ilə çox yaxşı yola gedir və müəllimlərinə böyük hörmət göstərirdi: “50 il sonra belə, o, yenə də verdiyi vədlərə əməl edir, müəllimlərini dəfələrlə Dolmabahçe sarayında, Adilə Sultan və digər məkanlarda qonaq edib. Hamımıza hörmətlə yanaşır, bizi təltif edir və sevindirib. Allah ondan razı olsun".
"Onun üçün fəth duasını daim oxudum”
Acar prezident Ərdoğanı və onun çıxışlarını daim izlədiyini, fth duasını daim oxuduğunu və Ərdoğanın müəllimi olmaqdan qürur duyduğunu və xoşbəxt olduğunu bildirib.
Semra Acar haqqında
Tələbəlik həyatı və dərs dediyi digər məktəblər haqqında danışan Semra Acar 1943-cü ildə Ankarada zabit ailəsində anadan olduğunu və Türkiyənin ilk özəl məktəblərindən birində təhsil aldığını söyləyib.