Fransa Qvianasında 39 yaşlı riyaziyyat müəllimi Sebastyan Baskulet balıq ovunu çox xoşlayır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir gün balıq ovunda təsadüfən 5 metrlik anakondaya rast gəlir və onu tutmağı bacarır.
Sebastiyan uşaqlarının marağına səbəb olacağını düşünərək ilanı evə gətirir. Axşamı anakondanı hamam otağında saxlayır.
Elə ilk gündə ilan müəllimin dostunun itini diri-diri udur. Vəziyyəti belə görən Sebastiyan uşaqlarını başına yığaraq anakonda ilə fotosesiya çəkdirir və vəhşini evindən 12 kilometr uzaqlıqda təbiətə buraxır.