“Mona Liza” əsərində hansı körpünün təsvir olunduğu məlum oldu
06 may 2023 17:05 (UTC +04:00)

“Mona Liza” əsərində hansı körpünün təsvir olunduğu məlum oldu

Tarixçi Silvano Vinçetinin fikrincə, italyan rəssamı Leonardo da Vinçi “Mona Liza”nı Romito di Laterina körpüsünün fonunda çəkib.

Lent.az xarici mediaya istinadla bildirir ki, həmin körpü Arezzo şəhərində yerləşir və Toskanadakı Arno çayından keçir.

Vinçeti tarixi sənədləri, dron çəkilişlərini araşdırıb və kətanları ərazinin fotoşəkilləri ilə müqayisə edib. Bundan sonra o, bildirib ki, da Vinçi əvvəllər elm adamlarının güman etdiyi Buriano və ya Bobbio körpülərini deyil, məhz Mona Lizanın sol çiyninin arxasında qədim Etrusk-Roma körpüsü Romito di Laterinanı təsvir edib.

Vinçetiyə görə, Mona Lizada təsvir olunan körpünün Romito di Laterina körpüsü kimi dörd tağı var. Buriano və ya Bobbio körpülərində altı və ya daha çox tağ var. İndi körpünün yaxınlığında da Vinçi rəsmindən yalnız bir tağ qorunub saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Oxşar yazılar