Sosial media fenomeni Paula Qon bir müddət əvvəl dizindən əməliyyat olunduğunu və dizindən alınan qığırdaq parçası ilə makaron hazırladığını deyib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, fenomen onu yediyini etiraf edib.
"Instagram"da 2 milyondan çox izləyicisi olan gənc qadın əməliyyatdan əvvəl həkimdən bu prosesin necə aparıldığını və görmək istədiyini söyləyib.
O, ürək bulandıran hekayəsi ilə bağlı sözlərini belə davam etdirib:
"Maraqlılığıma təəccüblənən cərrah, əməliyyatdan bir parça istəyib-istəmədiyimi soruşdu və mən də qəbul etdim. Evə gələndə onu yeməyə qərar verdim. Mən onu yemək istəyirəm, o mənimdir və onu yenidən bədənimə yerləşdirmək istəyirəm”, - o bildirib.
Bunun üzərinə qığırdağı ilə Bolonya makaronunu hazırlamağa qərar verən fenomen yeməyi daddığını etiraf edib.