Londonda kafe sahibi insanları mədəni davranışa təhrik etmək üçün maraqlı yola əl atıb.
Lent.az xəbər verir ki, dumanlı Albionda 20 ildir restoran biznesi ilə məşğul olan Osman Hüseyn kafenin girişində müvafiq elan yerləşdirib.
Elandan görünür ki, 1 stəkan kofenin qiyməti müştərinn davranışından asılı olaraq 5 funtdan (təqribən 10 AZN) 1,9 funta enir.
Eksperiment cəmi bir neçə gün əvvəl başlasa da, artıq dəyişiklik göz qabağındadır. Müştərilər daha nəzakətli davranmağa başlayıblar.