Lukaşenko Düşənbəyə iti ilə səfər etdi
17 sentyabr 2021 11:58 (UTC +04:00)

Lukaşenko Düşənbəyə iti ilə səfər etdi

Belarusun lideri Aleksandr Lukaşenko sentyabrın 15-də Düşənbəyə işgüzar səfərə gedib.

Lent.az Belarus mediasına istinadla xəbər verir ki, Lukaşenko burada Tacikistan prezidenti Emomali Rahman, İrandan olan həmkarı İbrahim Rəisi ilə görüşüb. 

Məlumata görə, Lukaşenkonun Tacikistana səfərinin formal hissəsindən sonra Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan Telegram-kanalın “Birincinin hovuzu”nda  gülməli şəkil yayılıb. 

Məlum olur ki, dövlət başçısı Mərkəzi Asiya ölkəsinə iti – Şpil cinsindən Umka ləqəbli iti ilə uçub. 

“Umka günəşli Düşənbədən hamıya salam göndərir”, - məlumatda qeyd edilir. 


 

# 2415
avatar

Oxşar yazılar