Kişi qeyri-adi geyiminə görə 11 dəfə cərimələndi
09 mart 2024 17:55 (UTC +04:00)

Kişi qeyri-adi geyiminə görə 11 dəfə cərimələndi

Polşada polis qütb ayısı kostyumu geyinərək turistlərdən pul tələb edən şəxsi saxlayıb. Qeyri-adi pul qazanma yolu ilə cinayətkar artıq 11 cərimə alıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı aktrisa Anna Turnau öz təcrübəsini bölüşüb - ayı paltarı geyinmiş bir kişi video çəkiliş üçün pul tələb edib.

Qanun pozucunun daimi yaşayış yeri olmadığından o, cərimələri nağd şəkildə ödəyir. Lakin onu cinayət yerində tutmaq çətin olur. Polislər onu görsələr də, kişi vaxtında onlardan gizlənməyi bacarır. Yeri gəlmişkən, onun kostyumu bu işdə ona çox kömək edir.

Videogörüntünü təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3714
avatar

Fidan İlqar

Oxşar yazılar