Kişi burnuna rekord sayda kibrit çöpü  yığdı
25 noyabr 2025 12:11 (UTC +04:00)

Kişi burnuna rekord sayda kibrit çöpü yığdı

0

İsveçdən olan 42 yaşlı Martin Strebi qeyri adi bir dünya rekordu qıraraq burnuna 81 kibrit çöpü yerləşdirib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Bu qəribə eksperimenti etməyə onu öz övladları həvəsləndirib. Onlar Ginnesin Rekordlar Kitabına maraq göstərib və atalarının da orada yer almasını istəyiblər. Strebi əvvəlcə heç bir sahədə dünya üzrə ən yaxşı ola biləcəyinə inanmırdı. Lakin övladları ona müxtəlif maraqlı rekordlar göstərdikdən sonra o da öz şansını sınaya biləcəyi bir kateqoriya axtarmağa qərar verib.

Onun diqqətini burna yerləşdirilən ən çox kibrit çöpü üzrə rekord cəlb edib. Əvvəlki nəticə 68 kibrit idi. Sınaq cəhdləri zamanı Strebi başa düşüb ki, burnunun dəliklərini xeyli genişləndirə bilir və narahatlığa davam gətirə bilir. Ən böyük çətinlik kibritləri yerində saxlamaq olub. Bir neçəsini yerləşdirəndə digərləri düşürdü.

Uzun məşqlərdən sonra o, kibritlərin düşməsini minimuma endirən xüsusi bir texnika hazırlayıb. Rekordu müəyyən etdikdən sonra Strebi belə deyib. Mən istəyirəm ki, övladlarım mənimlə elə qürur duysunlar, necə ki, mən öz atamla qürur duyuram. O, mənə sözlə ifadə edə biləcəyimdən daha çox şey öyrədib.

Мартин Стребы / © Guinness World Records

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar