Valeri Jiskar d'Esten və Torninq-Şmidt
19 oktyabr 2021 02:12 (UTC +04:00)

Valeri Jiskar d'Esten və Torninq-Şmidt

Keçmiş baş nazirdən keçmiş prezidentə SEKS İTTİHAMI

Danimarkanın keçmiş baş naziri Helle Torninq-Şmidt Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Esteni təcavüzdə günahlandırıb. Mərhum Fransa lideri guya əli ilə onun "buduna toxunub".
 
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə 2002, yaxud 2003-cü ildə Fransanın Kopenhagendəki səfirliyində şam yeməyi zamanı baş verib.

“Gördüm ki, yanımda oturan Jiskar d'Esten masanın altından budumu tutdu. Tamamilə dəli idi. Özümdən nə olduğunu soruşdum, yerimi dəyişdim və hər şey bitdi”, - siyasətçi yazıb.

Keçmiş baş nazir Fransanın keçmiş liderinin hərəkətini yersiz hərəkət kimi qiymətləndirib.
 
Keçmiş hökumət başçısı, indiki dövrdə bunun cinsi təcavüz kimi qiymətləndiriləcəyini vurğulayıb. 17 il əvvəl Torninq-Şmidt bunu uyğun olmayan bir jest kimi şərh edib.
 
“Vəziyyət məni çox əsəbiləşdirmişdi”, - Torninq-Şmidt əlavə edib.
 
Qeyd edək ki, bu Valeri Jiskar d'Estenin ilk qalmaqalı deyil, əvvəllər alman jurnalist Enn-Ketrin Ştrake də onu təcavüzdə ittiham etmişdi. O, müsahibə zamanı siyasətçinin belinə bir neçə dəfə toxunduğunu vurğulamışdı.
 
Qeyd edək ki, Valeri Jiskar d'Esten 1974-1981-ci illərdə Fransaya rəhbərlik edib. O, həmin postu Jorj Pompidunun ölümündən sonra tutub.
 
Ehtimal olunan iddialar zamanı d'Estenin 76-77 yaşı vardı. Koronavirusa yoluxan keçmiş dövlət başçısı 2020-ci ildə ağırlaşma səbəbindən ölüb.
Helle Torninq-Şmidt haqqında nə məlumdur?

•    1966-cı ildə anadan olub.

•    Sosial-demokratdır.

•    2005-ci ildə Danimarka parlamentinə seçilib.

•    2011-2015-ci illərdə Danimarka hökumətinə başçılıq edib.
 

# 3087
avatar

Oxşar yazılar