İrəvanda müəmmalı hadisə baş verib.
Lent.az Ermənistan mediasına istinadən xəbər verir ki, təcili tibbi yardım briqadası Nor Nork məhəlləsində yaşayan 76 yaşlı Vladimir M.ni “kliniki ölüm” diaqnozu ilə “Surb Qriqor Luqovoriç” adına tibb mərkəzinə çatdırıb.
Hadisə yerinə gələn həkim-ekspert meyitdə zorakılıq əlamətlərinin olmadığını bildirib.
Kişinin ölümü ilə bağlı məlumat onun yaxınlarına ötürülüb. Sonuncular xəstəxanaya çatanda “Surb Qriqor Luçavoriç” tibb mərkəsinin həkimləri kişini meyitxanadan xəstəxanaya aparıblar və göstərilən tibbi yardım nəticəsində “meyit” canlanıb. Həkimlər onu reanimasiya şöbəsinə aparıblar.