İngiltərənin Bury St Edmunds şəhərində yerləşən “Moyse's Hall” muzeyində alimlər insan dərisi ilə cildlənmiş qədim bir kitab tapıblar.
Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, tədqiqatçılar hesab edirlər ki, bu kitabın cildi 1827-ci ildə baş vermiş məşhur "Qırmızı Anbar" qətl hadisəsinin günahkarı Uilyam Korderin dərisindən hazırlanıb.
Korder, sevgilisi Mariya Marteni evlənmək vədi ilə aldadıb, onu anbara apararaq orada öldürüb və ailəsinə qızın sağ olduğunu bildirən saxta məktublar göndərib. Mariya Martenin anası yuxuda qızının cəsədini görmüş və nəticədə anbar qazılaraq cəsəd tapılıb. Korder Londonda həbs olunub və 1828-ci ildə asılaraq edam edilib.
Muzey əməkdaşları bildirirlər ki, bu kitab onilliklər ərzində muzeyin arxivində saxlanılıb və yalnız indi aşkar edilib. Onlar hesab edirlər ki, kitabın cildi Korderin meyitini yaralayan cərrahın ailəsi tərəfindən hazırlanıb və sonradan muzeyə təqdim edilib.
Bu tapıntı XIX əsrdə bəzi cinayətkarların dərisinin kitab cildi kimi istifadə edildiyi nadir hallardan biridir.