Dünyada heyvanları həbs edən ölkələr də mövcuddur.
Lent.az xəbər verir ki, ötən həftə Nigeriyada 9 yaşlı uşağı öldürmüş inək həbs edilərək sahibi ilə birgə polis idarəsində saxlanılır.
Polisdəki mənbə bildirib ki, məhkəmə ekspertizası inəyin uşağı öldürdüyünü təsdiq edib. Buna görə də məsuliyyətə cəlb ediləcək.
Bu, Nigeriyada ilk hal deyil. Ötən il məhkəmə yaşlı qadını öldürən qoça 2 il həbs cəzası verib. Qoçun sahibi isə mərhumun ailəsinə 5 inək bağışlamalıdır.
Roma hüququnda deyildiyi kimi, “dura lex, sed lex”, yəni qanun sərt olsa da, qanundur.