ABŞ-ın Florida ştatındakı Təbiət muzeyinə gətirilən ölmüş piton alimlərin marağına səbəb olub.
Lent.az xəbər verir ki, veterinarlar 6 metrlik heyvanın qarnının şişdiyini görüb onu yarmaq qərara alıblar. Ehtimal olunub ki, nəhəng pitonun qarnındakı ceyrandır. Lakin pitonu yaran veterinarlar şoka düşüblər: onun qarnında təxminən 2 metr uzunluqda timsah vardı.
Şikar havasızlıqdan ölsə də, parçalanmamışdı.
Piton və timsah ekspozisiya üçün hazırlanır.