Britaniyalı gəlin Emma Qriffin toy öncəsi dodaqlarına dolğu yeritməsi uğursuz alınıb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, Emmanın sifəti eybəcər bir görünüş alıb.
Onun dodaqları “əməliyyat”dan sonra sosiska ölçüsündə olub:
“Dodaqlarım şişmişdi və iki nəhəng sosiska kimi görünürdü. Güzgüyə baxmaq istəmirdim, gülümsəyəndə daha da eybəcər olurdum. Hər səhər oyananda üzümdəki qüsuru görürdüm”.
Bu səbəbdən britaniyalı gəlin üz cizgilərini düzəldən ana qədər evliliyi təxirə salmaq qərarına gəlib və toy gününü ləğv edib.
Emma bir neçə kosmetoloqa müraciət etsə də, mütəxəssislər onu bu vəziyyətdən çıxara bilməyəcəklərini deyiblər.
Yalnız bir il sonra ona kömək etməyə razılıq verən kosmetoloq tapıb və bundan sonra sevgilisi ilə nikah masasına oturub.