Fillər kəndliləri içkidən məhrum etdilər:  Sərxoş olub  meşədə yatdılar
13 noyabr 2022 13:54 (UTC +04:00)

Fillər kəndliləri içkidən məhrum etdilər: Sərxoş olub meşədə yatdılar

Hindistanın Odişa əyalətinin Keonchar rayonunda kənd sakinləri meşədə 24 sərxoş fil aşkar ediblər və onlar fermentləşdirilmiş həlim içərək onları içkidən məhrum edərək yuxuya gediblər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hindlilər “mahua” adlı yerli içki üçün həlim hazırlayaraq onu dəmləmək üçün böyük qablarda qoyublar.

“Səhər saat altı radələrində içki hazırlamaq üçün meşəyə gəldik və gördük ki, bütün qablar qırılıb və içərisində su yoxdur”, - sakinlər deyiblər.

Onların sözlərinə görə, qırılan qabların yanında doqquz erkək, altı dişi və doqquz bala fil yatıbmış.

Kəndlilər filləri oyatmağa çalışsalar da, buna nail ola bilməyiblər. Onlar meşə idarəsinin əməkdaşlarına üz tutublar. Onlar nağaraların köməyi ilə filləri oyatmağa nail olublar. Səhər saat 10-da heyvanlar meşənin dərinliyinə gediblər.

“Mahua” likörü hind spirtli içkisidir. Onun istehsalı üçün Şimali Hindistan meşələrində yayılmış ağac olan maduka uzunyarpaqlı ağacların çiçəklərindən istifadə olunur.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658
avatar

Oxşar yazılar