Tato ustası bir döymə üçün ən gülünc yazılardan danışıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, @tattoodump ləqəbli usta (ad və soyad məlum deyil) ən gülməli döymə ideyalarını açıqlayıb.
Müvafiq nəşr onun TikTok-dakı səhifəsində yer alıb. 500 min abunəçisi olan mütəxəssis deyib ki, “sadiqlik” sözünü yazdırmayın: "Bu döyməsi olan insanlar ümumiyyətlə tamamilə fərqli həyat tərzi keçirirlər".
Bundan əlavə, ekspert “məni yalnız Allah mühakimə edə bilər” və “ailə” kimi yazılardan çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, bu döymələr onu bezdirir. Vurğulayıb ki, onları qəribə və gülünc hesab edir.