Emin Ağalarov Xəzərdə  MÖHTƏŞƏM ADA TİKƏCƏK
10 noyabr 2022 17:41 (UTC +04:00)

Emin Ağalarov Xəzərdə MÖHTƏŞƏM ADA TİKƏCƏK

Xalq artisti, iş adamı Emin Ağalarov Rusiyanın “Hello!” kanalına verdiyi müsahibəsində maraqlı açıqlamalar verib. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəxsi həyatı ilə bağlı danışan Ağalarov Bakıda planlaşdırdığı layihələrdən də söz açıb. 

İfaçı Xəzər dənizində ada tikmək istədiyini bildirib: 

 “15 ildir ki, “Sea Breeze”nin inkişafı üçün çalışıram. İndi isə yeni planlarım var. Xəzərdə ada tikmək istəyirəm. Diskoteka kimi əyləncələr burada olacaq, heç kimi narahat etməyək", - Ağalarov deyib. 

O, bura dünyaca məşhur brendləri də cəlb etmək arzusundadır: 

“Burada dəbdəbəli butiklər, məşhur brendlər görmək istərdim: Cartier, Bulgari, Louis Vuitton və s.”
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4500
avatar

Sevinc Fərid

Oxşar yazılar