Müasir televizorlar əvvəlki modellər qədər toz çəkməsə də, ekran yenə də gözləniləndən tez çirklənir. Toz yalnız təsvirin keyfiyyətini aşağı salmır, həm də cihazın korpusunun içinə düşdükdə işinə təsir edə və xidmət müddətini azalda bilər. Buna görə ekranın müntəzəm təmizlənməsi vacibdir.
Ekranı nə ilə silmək olar? Yumşaq, ləkə buraxmayan toz bez və keyfiyyətli mikrofiber salfetlərlə.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, həmin parça ilə eynəyi və ya kamera obyektivini silməzsinizsə, onu televizor ekranına çəkmək də düzgün deyil.
Maye istifadə etmək lazımdırsa, yalnız distillə olunmuş su seçilməlidir. Kran suyu minerallar səbəbindən ekranda izlər və ləkələr qoyur, onları sonradan təmizləmək çox çətin olur.
Televizor ekranında istifadə etmək qadağandır
Spirt, şüşə təmizləyiciləri, kağız salfet və ya dəsmal və mebel cilaları.
Ekranı təmizləməyə necə başlamaq lazımdır?
Televizoru söndürün, ştepseli elektrik yuvasından çıxarın və ekranı yan işıq altında yoxlayın. Belə olduqda barmaq izləri və ləkələr daha aydın görünür. Televizor divardan asılıbsa, birbaşa təmizləyə bilərsiniz. Tumbada dayanırsa, bəzən onu bir qədər çevirmək daha rahat olur.
Ekranı düzgün təmizləmə qaydası
1. Quru mikrofiber salfetlə tozu yuxarıdan aşağıya doğru yüngülcə silin.
2. Təzyiq göstərməyin.
3. Dairəvi hərəkətlər etməyin. Bu, həm ləkələri yayır, həm də mikro cızıqlara səbəb ola bilər.
4. Toz qalıqları aşağı hissədə toplanacaq — onu bir üfüqi zolaq boyunca ehtiyatla silin.
5. Təmiz mikrofiber salfeti distillə olunmuş su ilə yüngülcə nəmləndirin.
6. Mayeni ekrana yox, yalnız salfetə çəkin.
7. Ekranı geniş və düz şaquli hərəkətlərlə silin.
8. Nəm təmizləmədən sonra quru mikrofiber ilə ekran üzərində qalan nəmi götürmək olar.
Bu prosesi nə qədər tez-tez etmək lazımdır?
Əgər ekranı əllə toxunmadan istifadə edirsinizsə, həftədə bir dəfə yüngül toz təmizliyi kifayətdir. Əgər elə ləkələr meydana çıxıb ki, yumşaq nəm təmizləməyə baxmayaraq getmirsə, böyük ehtimalla ekran örtüyü zədələnib. Bu halda istehsalçıya və ya rəsmi servisinə müraciət etmək məsləhətdir.