Dünyanın bir-birinə ən çox oxşayan əkizləri eyni vaxtda eyni kişidən uşaq dünyaya gətirmək istəyirlər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyada yaşayan əkiz bacılar Anna və Lucy Desink eyni vaxtda uşaq sahibi olmaq istəyirlər.
Ben Byrne adlı şəxs 2012-ci ildən etibarən əkiz bacılarla yaşamağa başlayıb. Belə ki, kişi iki bacıyla münasibət yaşayır. 11 ildir ki, münasibətləri davam edən əkizlər kişiyə ondan eyni anda hamilə qalmaq istədiklərini bildirib. Ben bunu anlayışla qarşılayıb.
Hazırda 35 yaşlı əkizlər eyni vaxtda və eyni kişidən hamilə qalmaq üçün düzgün vaxtı müəyyən etməyə çalışırlar.
Onlar düşünürlər ki, bununla əkiz bacılar heç vaxt bir-birindən ayrılmayacaqlar.