Dünyanın ən yaşlı  pişiyi
06 iyun 2023 01:02 (UTC +04:00)

Dünyanın ən yaşlı pişiyi

Dünyanın ən yaşlı pişiyi məlum olub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyada yaşayan pişiyin 32 yaşı var.

Rozi adlı heyvanın sahibi 71 yaşlı Lila Brisset bildirir ki, pişik yalnız iki dəfə baytar həkiminə yoxlanılıb. Brissettin fikrincə, ev heyvanlarının uzun ömür sürməsi üçün onlara mümkün qədər çox sevgi vermək lazımdır.

Qeyd edək ki, Rozi 2022-ci ildə Ginnesin Rekordlar Kitabı tərəfindən ən yaşlı pişik seçilən Flossidən beş yaş böyükdür. 
 

# 1821
avatar

Arzu Qurbanlı

Oxşar yazılar