Dünyanın ən yaşlı iti   öldü: 32 bala...
07 oktyabr 2022 16:58 (UTC +04:00)

Dünyanın ən yaşlı iti öldü: 32 bala...

Dünyanın ən yaşlı iti ABŞ-ın Cənubi Karolina ştatında 22 yaşında ölüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Pebbles adlı it 2000-ci il martın 28-də Nyu-Yorkun Long Island şəhərində anadan olub.

O 16 yaşında dünyasını dəyişən Rokki adlı itdən 32 bala dünyaya gətirib.

Sahibləri Pebblesin bu qədər uzunömürlü olmasının sirrini ona göstərilən sevgi və qayğının olduğunu bildiriblər. Onların sözlərinə görə, 2012-ci ildən it pişik yemi ilə qidalanıb.

Bununla yanaşı, onun qidalanması balanslaşdırılmış pəhrizlə tətbiq olunub.

Qeyd edək ki, Pebbles Ginnesin Rekordlar Kitabına düşüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3258
avatar

Sevinc Fərid

Oxşar yazılar