Logistika sahəsində çalışan Zor Pedersen təyyarəsiz bütün ölkələri gəzib.
Lent.az xəbər verir ki, Pedersen yollara düşərək 10 il boyunca evinə qayıtmayıb və bütün ölkələri gəzərək bir ilkə imza atıb.
Maraqlısı odur ki, bu səyahətlər ona gündəlik cəmi 20 dollara başa gəlib. Zor səyahətinin 3-4 il çəkəcəyini təxmin edib, ancaq bu 10 ilə qədər çəkib. Bu illər ərzində maddi baxımdan dostları da dəstəkləyib.
Petersen səyahətinin bu qədər ucuz olmağının səbəbini də açıqlayıb.
O bildirib ki, səyahəti kondisionerli avtobusla etməyib, bahalı restoranlarda oturmayıb, küçə yeməklərinə üstünlük verib. gecələri qalmaq üçün ona qucaq açan insanları seçib.