Möcüzələr şəhəri Dubayda ilin bütün fəsillərində yağış yağan küçə yaradılıb.
Lent.az-ın məlumatına görə, 1 kilometr uzunluğundakı küçə iqlim nəzarət sistemi ilə təchiz olunub. Küçənin üstündə daim yağış buludları toplanır. Burada temperatur 27 dərəcə, havanın nəmişliyi 60 faiz təşkil edir. Saniyədə 5 km/ saat sürətlə külək əsir. İsti Dubayda bu küçə balaca cənnət hesab oluna bilər.
Alimlər tezliklə yayda belə qarlı olacaq küçənin yaradılması üzərində işləyirlər.