Rusiyanın Çukotka vilayətində yaşayan çukçaların qəribə yaşam tərzi sivil dünyanın insanlarını heyrətləndirir.
Lent.az çukçaların çox qədim və qəribə toy ənənəsi barədə məlumat verir.
Çukçaların levirat adlı ənənəsinə əsasən, ölmüş böyük qardaşın arvadı mütləq şəkildə kiçik qardaşa ərə verilir. Bu çukça xalqının dəyişməz adətidir.
Çukça ailələrində əsrlər boyu patriarxal qanunlar hökm sürüb. Qadınları pul əvəzinə bir-birlərinə bağışlaya bilərdilər. Çukçalarda qadın doğmaq və nəsil artırmaq üçün alət kimi görülürdü.
Levirat qaydasına əsasən, çukçalarda qadın ərinin kişi qohumları ilə cinsi əlaqəyə girə bilər. O bunu əri həyatda olarkən və dul qalarkən etməkdə sərbəstdir. Çukça qadınların bu əyləncəsi xəyanət yox, dəcəllik kimi qiymətləndirilir.
Bu yerlərdə qadınlar ərlərinin 3-4 qardaşı ilə eyni evdə yaşaya bilər. Bu ailənin uşaqsız qalmaması üçün məqbuldur. Çukça ailələrində maral sürülərinə xidmət etmək üçün çoxlu uşağın olması vacibdir. Uşağı olmayan kişilər arvadlarının öz qohumlarından olan gənc kişilərlə intim münasibətlərinə pis baxmırlar. Başqa kişidən olan uşaq ailə başçısının varisi hesab olunur.
Levirat ənənəsi XX əsrə qədər bütün ailələrdə mütləq şəkildə olsa da, müasir çukça ailələrindən bəziləri artıq ondan imtina edirlər.
Çukçalarda qanın başqa xalqların qanına qarışması günah sayılırdı. Rus kişilərlə münasibət quran qadını qul kimi sata və ya öldürə bilərdilər. Tarixçilərin fikrinə görə, Çukotka, Yakutiya kimi yaşam şərtləri çətin olan soyuq ərazilərdə qadının bir neçə kişiylə cinsi münasibətdə olması ərzağın az olduğu bu yerlərdə qadının və uşaqlrının ac qalmaması məqsədini daşıyıb. Qadın çoxlu sayda kişilərdən aldığı hədiyyələrlə ərzaqla təmin oluna bilərdi.
Çukçaların gələn qonağa öz qadınlarını bir geclik hədiyyə etməsi qonaqpərvərlik sayılırdı. Qadın gələn qonaqdan hamilə qalırdısa, bu da ailə üçün böyük sevincə çevrilirdi.