“Çirkli pulların yuyulması” terminini tez-tez eşidirik. Bəs bu ifadə necə yaranıb?
Lent.az bu ifadənin maraqlı tarixçəsini təqdim edir.
Dünyanın ən varlı mafiya liderlərindən olaqn Alfons Qabriel "Böyük Al" Kapone (biz onu sadəcə Al Kapone kimi tanıyırıq) qeyri-qanuni yollarla qazandığı pulu xərcləməkdə çətinlik çəkirdi. Çünki xüsusi xidmət orqanları onu daim izləyirdi. Al Kaponenin əsas gəlir mənbəyi alkoqollu içki satmaq idi, o dövrdə bu qadağan olduğundan leqal gəlir mənbəyi göstərməli idi.
Mafioz bunun üçün çox ucuz qiymətə fəaliyyət göstərən paltar yuma məntəqələri, şəbəkələr qurur. Bu məntəqələrdə müştəri sayını izləmək çox çətin olduğu üçün gəliri istədiyi kimi yazırdı. O özü quraşdırdığı bu sistemi zarafatla qanlı, qanunsuz, çirkli pulları yumaq adlandırırdı. Elə buradan da "çirkli pulları yumaq" termini yarandı.
ABŞ-da böyük şəhərlərdə insanlar paltarları evdə yox, bu tip məntəqələrdə yuduzdururlar. Böyük mafiozdan yadigar qalan belə məntəqələrdə qiymətlər indi də çox ucuzdur.
Al Kapone Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri idi. O,1941-ci ildə həbsdə sifilisin ən ağır formasına yoluxduqdan sonra, həbsdən çıxır, mafiya işlərinin başını buraxır, ömrünün son 5 ilində Floridada sakit həyat yaşayır.