Fransalı gəncin Normandiyada sahildə tapdığı daş parçası onun üçün faciəyə çevrilib.
Lent.az-ın xəbərinə görə, gənc oğlan sahildən tapdığı daş parçasını cibinə qoyub evə qayıdırmış. Bir neçə dəqiqə sonra o, cibinin yandığını görüb daşı çıxarmaq istəyib. Lakin onun əlləri də yanıb. Paltarını çıxaranadək bədənin bir hissəsi və gödəkçəsi də alışıb.
Sonradan məlum olub ki, gəncin götürdüyü “daş” əslində müharibədən qalmış ağ fosfor bombasının qalığı imiş.