“ChatGPT” kilsələrin birində  xidmət etdi - İLK DƏFƏ
14 iyun 2023 12:04 (UTC +04:00)

“ChatGPT” kilsələrin birində xidmət etdi - İLK DƏFƏ

Süni intellekt həyatımızın bir çox sahələrində artıq var. 

Lent.az xəbər verir ki, son zaman məşhurlaşan və süni intellektlə təchiz edilmiş “ChatGPT” artıq alman kilsələrinin birində xidmət göstərməyə başlayıb. 

Belə ki, xütbə, musiqi və duaların daxil olduğu xidmət 40 dəqiqə davam edib. 

Süni intellektlə təchiz olunmuş “ChatGPT” chatbot Bavariya ştatının Fürt şəhərində lüteran kilsəsində keçirilən kilsə mərasimində istifadə edilib. Tədbirdə 300-dən çox insan iştirak edib.

"Əziz dostlar, burada sizin qarşınızda dayanmaq və bu il Almaniyada protestantların mərasimində iştirak edən ilk süni intellektlə təchiz olunmuş “ChatGPT” olmaq mənim üçün böyük şərəfdir",- chatbot deyib. 

 40 dəqiqə davam edən ibadət Vyana Universitetinin ilahiyyatçısı və filosof Jonas Zimmerlein tərəfindən birgə hazırlanıb. Alim onu da bildirib ki, o, daha çox xütbəni müşayət edib. Çünki mətnin 98%-i süni intellekt tərəfindən yaradılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1578
avatar

Sevinc Fərid

Oxşar yazılar