Bütün rəsmlərini  QANI İLƏ   ÇƏKİR -  FOTO
18 dekabr 2022 10:10 (UTC +04:00)

Bütün rəsmlərini QANI İLƏ ÇƏKİR - FOTO

Filippinli rəssam Elito Sirka əsərlərini öz qanından istifadə edərək kətan üzərində çəkir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 52 yaşlı rəssamın bu addımı həm tərif, həm də tənqidlərə səbəb olub.

Elito Sirka üç aydan bir klinikalara gedərək qan verir. Sonra bu qanı gələcək layihələri üçün öz studiyasının soyuducusunda saxlayır. Adətən Sirka işlərində 500 ml qandan istifadə edir.

Məlumata görə, Sirka kasıb bir ailədə anadan olub. Rəssamlığı kiçik yaşlarından sevsə də, rəsm əşyalarını almağa imkanı olmayıb. Amma o, boyaları gavalı və pomidor kimi tərəvəzlərdən alınan rənglərlərlə əvəz edib. Sonra isə öz qanından istifadə etməyə qərar verib:

“Öz qanımdan boya kimi istifadə edirəm. Çünki qan ləkələrini çıxarmaq çətindir. Sənətim mənim üçün çox vacibdir. Buna səbəb odur ki, o məndən - öz qanımdan gəlir. DNT-min bir hissəsidir. Ən əsas isə əsərlərimə baxanda haradan gəldiyimi xatırlayıram. Keçmişi unutmuram” , - rəssam bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2331
avatar

Sevinc Fərid

Oxşar yazılar