Buludlara baxan alimlər təhlükədən XƏBƏR VERDİLƏR
01 iyun 2023 11:54 (UTC +04:00)

Buludlara baxan alimlər təhlükədən XƏBƏR VERDİLƏR

Alimlərin fikrincə, “dünyanın sağlamlığı” demək olar ki, bütün ekoloji göstəricilər üzrə təhlükəli həddi keçib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu göstəricilərdən birincisi “iqlim” kateqoriyasıdır. 

Belə ki, qlobal temperaturun 1,5 dərəcə artması ən təhlükəli hədd kimi müəyyən edilib. Qlobal temperatur sənayedən əvvəlki dövrlə müqayisədə təxminən 1,2 dərəcə artıb.

Səth suları göstəricisində axın dəyişməsi 20 faiz olmalı idisə, 34 faizlə təhlükəli səviyyədə müşahidə olunub. Məlum olub ki, dünyada qrunt sularının səviyyəsinin 47 faizi həyəcan verici sürətlə tükənir.

İqlim dəyişikliyinin qarşısını almaq üçün ekosistemdə təhlükəsiz və ədalətli tarazlığı qorumaq üçün planetin 50-60 faizi toxunulmaz olmalıdır. Bunun əksinə olaraq, elm adamları planetin yalnız 45-50 faizinin bütöv bir ekosistemin olduğunu aşkar ediblər.

# 2763
avatar

Arzu Qurbanlı

Oxşar yazılar