İstanbulun Binkılıç kəndi yanğınsöndürənləri ilə məşhurdur.
Lent.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu kənddə demək olar hər ailədə bir yanğınsöndürən yaşayır. Binkılıç yanğınsöndürənlər kəndi kimi tanınır.
1960-cı ildən bəri bu kənddə 320 yanğınsöndürən yaşayıb. Hazırda bu say 103-dür. Kənd sakinlərinin sözlərinə görə, qədimdən burada yanğınsöndürən olmayana qız verməzlərmiş. Hətta bəzi gənclər evlənmək istəyəndə və onlara qız verilməyəndə məcburən peşələrini dəyişirlər.