Bu adamlar öz nadir görüntülərinə görə pul qazanırlar
16 dekabr 2023 17:04 (UTC +04:00)

Bu adamlar öz nadir görüntülərinə görə pul qazanırlar

Dünyada bəzi insanlar öz qəribə görkəmləri ilə diqqət cəlb edirlər.

Lent.az onlardan bəzilərini təqdim edir. Nəzərinizə çatdıraq ki, bu insanlar görünüşləri sayəsində pul qazanırlar.

16 yaşlı albinos model Nastya Kumarovaya “Qar kraliçası” adı da verilib.

Sir Major Page adlı bu model isə qaradərili irqin nümayəndəsi olsa da, qar kimi ağdır.

Sara Qertsin 27 yaşı var və o sallaq dərsinə görə, yaşından qoca görünür. Bununla belə, qeyri-adi görüntüsünü fotomodel işləyərək qazanca çevirə bilib.

26 yaşlı alman model İka Bruhelin ektodermal displaziya xəstəliyi nəticəsində qeyri-adi üz quruluşu var. Bu ona fotomodel kimi şöhrətlənməyə kömək edib.

Üzündə məxmər kimi xalı olan Kassandra da bu qüsuru qazanca çevirib.

Mavi qız Stef Sanyati dəri piqmentinin rəng dəyişməsi nəticəsində qeyri-adi gözəlliyə sahib olub. O, Vardenbuurq sindromundan pul qazanan nadir adamlardandır.

Balaca Renan Öztürk isə pişik gözü sindromu ilə doğulub. Qəribə bəbəkləri ona gecələr görməyə imkan verir.

İya Ostergenin ayaqlarının uzunluğu 108 sm təşkil edir.

 Aktrisa Dakota Kuk öz saqqalı ilə fəxr edir. Qirsutizm adlı sindrom Dakotanın müxtəlif rollara dəvət olunmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4656
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar