“İstənilən məntiqi problemi həll etməyə qadir olan süni intellektin (AI) yaranması bəşəriyyəti fəlakətlə təhdid edir”.
Lent.az xəbər verir ki, bu barədə “The Times” qəzetinə müsahibəsində britaniyalı alim, Kaliforniya Universitetinin professoru, Berkli Stüart Rassel bildirib.
Onun sözlərinə görə, bu sahədə nəzarətsiz inkişaf bəşəriyyətin gözlənilməyən tərəqqiyə nail olmasına gətirib çıxarıb. Rasselin sözlərinə görə, insanlar əvvəlcə bu kəşfiyyatın nə üçün lazım olacağı barədə düşünmürdülər.
O hesab edir ki, gələcəkdə superintellektli maşınlar onları idarə etmək cəhdlərinə müqavimət göstərəcək və təhlükəli hala gələcək. Alim xəbərdarlıq edib ki, insanlar yəqin ki, onlardan “güclü olan varlıqlar üzərində” hakimiyyəti saxlaya bilməyəcəklər. O, bu sahədə araşdırmalara son qoymağa çağırıb.
"Öz sivilizasiyamıza nəzarət etməsək, gələcək varlığımıza səs vermək hüququmuzu itiririk"- alim bəşəriyyətin məhv olması təhlükəsi barədə xəbərdarlıq edib.