"Bir neçə dəqiqə öldüm" - İldırım vuran qadının  yaşadıqları
19 noyabr 2025 19:59 (UTC +04:00)

"Bir neçə dəqiqə öldüm"- İldırım vuran qadının yaşadıqları

0

ABŞ sakini Elizabet Kron Hyustondakı sinaqoqun girişində ildırım vurduqdan sonra həyata yeni bir baxış bucağı qazanıb. O, iki yaşlı oğlu ilə birlikdə ibadətə gedib, oğlunun əlini və digərində çətir tutub – ildırım məhz çətirin vurub.

Lent.az xarici mediaya istinadən bildirir ki, Elizabetin sözlərinə görə, ildırım vurma anında o, bədəninin yerdə uzandığını görüb. Dərhal sonra canlı və şüurlu olduğunu düşündüyü parlaq işığın varlığını hiss etdiyini xatırlayıb. Sanki onu özünə tabe olmağa çağırıb.

O, özünü bağ adlandırdığı bir yerdə tapdığını iddia edir, amma onu adi dünyəvi sözlərlə təsvir etməyin mümkün olmadığını vurğulayıb. Orada hər şey mükəmməl görünüb və o, bunun cənnət olduğuna əmin olub.

Elizabeth Krohn

"Öldüyümü anlayan kimi bir işıq peyda oldu... Bura cənnət idi", - Elizabet xatırlayır.

Qadın həmçinin Tanrı ilə dialoq hiss etdiyini söyləyib. Sanki ona seçim təklif olunub - qalmaq və ya həyata qayıtmaq. O, bir gün üçüncü uşağı dünyaya gətirəcəyini eşitdiyini iddia edib, çünki artıq onu və ərini valideyn seçib. Bundan sonra o, qayıtmaq qərarına gəlib və ona kömək etməyə çalışan insanların yanında gözlərini açıb.

O, ravvinlərə öz təcrübəsini danışıb, amma Elizabetin sözlərinə görə, onlar onun sözlərini ciddiyə almayıblar. Yalnız valideynləri ona inanıblar. Hadisədən əvvəl o, axirət həyatının mövcudluğuna inanmayıb, amma indi etiraf edir ki, artıq ölümdən qorxmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar