Bəla, xəstəlik və göz yaşı  gətirən zinət əşyaları
03 dekabr 2025 12:00 (UTC +04:00)

Bəla, xəstəlik və göz yaşı gətirən zinət əşyaları

0

Xalq ənənələrinə görə zinət əşyaları təkcə bəzək deyil, enerji daşıyıcısıdır. Onlar sahibinin emosiyalarını, yaşanan hadisələri üzərinə yığa bilir. Buna görə də müəyyən tarixçəyə və simvolikaya malik bəzi bəzəklər uğursuzluğun “maqniti” hesab olunur.

Lent.az xarici mediaya istinadla hansı zinət əşyalarının təhlükəli sayıldığını açıqlayır.

Zinət əşyası sahibinin aurasının bir parçası kimi

İnanclara görə, bədənə yaxın taxılan bəzəklər insanın enerjisinin bir hissəsinə çevrilir. Əgər əşya bədbəxt bir insana məxsus olub, tapılıbsa və ya “uğursuz” materialdan hazırlanıbsa, sahibinə bala, xəstəlik və ya maliyyə itkiləri gətirə bilər.

İnanclara görə ən “uğursuz” bəzəklər

Mirvari - göz yaşı və kədər simvolu

Mirvari Slav və Avropa folklorunda qadağalı bəzəklərdən biri sayılır. O, dondurulmuş göz yaşlarını simvolizə edir və sahibinə kədər, ayrılıq və maddi itkilər gətirdiyinə inanılır.

Ən təhlükəli hal subay qıza və ya evli qadına mirvari bağışlamaqdır. Bu, bədbəxt məhəbbət və ya ayrılıq işarəsi hesab olunur.

Müsbət enerji üçün mirvari özün almaq və ya onu digər güclü daşla birlikdə hədiyyə etmək tövsiyə olunur.

Tapılmış zinətlər

Tapılan qızıl və ya gümüş bəzəklər çox pis əlamət sayılır. İnanca görə, bəzi ayinlərdə xəstəlik və uğursuzluq predmet üzərinə “yüklənərək” atılır. Onu götürən insan negativi öz üzərinə çəkə bilər.

Antikvar və irsiyyət əşyaları

Keçmiş sahibinin həyatı bədbəxtlik, xəstəlik və ya zorakılıqla bağlı olubsa, həmin əşya oxşar hadisələri yeni sahibinə gətirə bilər.

Mütəxəssislərə görə, yalnız tarixini bildiyiniz və xoşbəxt sahibə məxsus olmuş zinətlər təhlükəsizdir.

Borc müqabilində verilmiş və ya geri alınmış əşyalar da ağır enerji daşıyıcısı sayılır.

Lombard bəzəkləri və oğurluq zinətlər

Lombarda qoyulmuş əşyalar çox vaxt sahibinin çətinlik içində olduğunu göstərir. Belə zinətlər “üzərində” kədər və uğursuzluq izi daşıya bilər.

Oğurluq bəzəklər isə xüsusilə mənfi enerji ilə əlaqələndirilir — inanca görə, belə əşyalarla başqasının karması da sizin üzərinizə keçir.

Bəzi daşlar “bədbəxtlik daşı” kimi tanınır:

Opal - bir çox Avropa mədəniyyətində aldadılma, ümid itkisi və bəlaların simvolu sayılır.

Sahibinə “soyuq”, “bulanıq” və ya narahat hiss verən daşlar negativ enerji daşıyıcısı ola bilər.

Başqa bürcün talisman daşını taxmaq da uyğun olmayan enerji gətirdiyi üçün məsləhət görülmür.

Xüsusilə ehtiyatlı olmaq tövsiyə edilir:

Aqat, qranat, rəvandan (rubin), pələng gözü, akvamarin.

Daha az riskli, amma ehtiyat tələb edənlər: nurdaşı (ay daşı), mirvari, oniks.

Digər inanclar

Sevmədiyiniz insandan zinət qəbul etməyin. Kiminsə zinəti evinizdə qalıbsa, tez bir zamanda qaytarın. Qızıl qaralırsa, ya sizə uyğun deyil, ya da “lənətlənmiş” ola bilər.

Zinətləri “təmizləmək” üçün xalq üsulları

Əgər əldə etdiyiniz zinətin tarixini bilmirsinizsə, inanclara əsasən onu enerjidən təmizləmək tövsiyə olunur:

Duz - bəzəyi gecə duz içində saxlamaq, duzun mənfi enerjini udduğuna inanılır.

Axar su - bir neçə dəqiqə su altında yumaqla enerjinin “yuyulduğu” təsəvvür edilir.

Günəş və ya Ay işığı - zinəti günəşdə və ya Dolunayda saxlamaq onun “yenidən yüklənməsini” təmin edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar