Portuqal və ispan paleontoloqlar avqustun əvvəlində aşkar edilmiş tapıntı barədə məlumat yayıblar.
Lent.az-ın “France-24”ə istinadla xıəbərinə görə, onlar Pombal şəhəri yaxınlığındakı bağda qazıntı zamanı 150 milyon yaşlı dinozavr qalıqları aşkar ediblər.
Ehtimala görə tapılan dinozavrın uzunluğu 25, hündürlüyü 12 metr olub. Təkcə qabırğanın uzunluğu 3 metrdir. Alimlərin fikrincə, bu, yer üzündə yaşamış ən nəhəng canlı olub.
Qeyd edək ki, bu fosili ilk dəfə bağın sahibi yer qazarkən aşkar edib. Sonradan işə alimlər qoşulub.