Artemis II missiyası : Ayın görünməyən tərəfinin ilk görüntüləri paylaşıldı
10 aprel 2026 05:05 (UTC +04:00)

Artemis II missiyası: Ayın görünməyən tərəfinin ilk görüntüləri paylaşıldı

0

Artemis II missiyası çərçivəsində Aya doğru uçan kosmonavtlar Ayın indiyədək insan gözü ilə görünməyən hissəsinə aid ilk görüntüləri paylaşıblar.

Lent.az xəbər verir ki, Orion kosmik gəmisindən çəkilən fotolarda Ayın görünən və qaranlıq tərəfi arasında yerləşən, təxminən 965 km genişliyə malik hövzəsinin bir hissəsi əks olunub. Bu ərazi ilk dəfə insanlı missiya zamanı qeydə alınıb.

Kosmonavt Kristina Kox Ayın uzaq tərəfini “möhtəşəm” adlandıraraq, mənzərənin adi Ay görüntüsündən xeyli fərqli olduğunu bildirib.

Missiya zamanı Yerə aid görüntülərin tədricən Ay mənzərəsi ilə əvəzləndiyi, Ayın getdikcə daha böyük göründüyü qeyd olunur. Ekipaj artıq yolun yarıdan çoxunu qət edib və Ayla yaxın keçid yaxın vaxtda baş tutacaq.

Paylaşılan görüntülər arasında Yer kürəsinin hilal forması və kosmonavtların gündəlik həyatı da var. Orionun kameraları həm texniki yoxlamaları, həm də Ay və Yer fonunda görüntüləri qeydə almağa davam edir.

Kosmoonavtların bu görüntüləri 50 ildən sonra dərin kosmosa gedən ilk insanların təcrübəsini əks etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar