Almaniya və İsveçrədə çayın ayırdığı eyniadlı Laufenburq şəhərlərini körpü ilə birləşdirmək qərarına gəlinib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tikinti işlərinə 2003-cü ildə başlanılır.
Hər ik ölkənin mühəndisləri öz tərəflərindən körpünün inşasına başlayır.
Çayın tən ortasında körpülərin ucları birləşdiriləndə məlum olub ki, şaquli olaraq 54 sm fərq yaranıb. Mühəndislər dəniz səviyyəsi ilə bağlı hesablamalarda səhvə yol veriblər.
Almanlar hesablamalarını Şimal dənizinə, isveçrəlilər isə Aralıq dənizinə münasibətdə müəyyən ediblərmiş.
Mühəndislər əvvəlcə 27 sm fərqdən xəbərdar olsalar da, “səhvi” birtəhər sıfırlamaq əvəzinə bu rəqəm ikiqat artdığı ortaya çıxıb. Sonda körpünün alman hissəsi aşağı salınmalı olub.