Alimlər Tacikistanda 150 min il yaşı olan  artefaktlar aşkar etdi
05 noyabr 2024 05:12 (UTC +04:00)

Alimlər Tacikistanda 150 min il yaşı olan artefaktlar aşkar etdi

Qüds İvrit Universiteti və Tacikistan Milli Elmlər Akademiyasının alimlər qrupu Tacikistanın mərkəzindəki Zərəşvan çayı vadisində çoxqatlı arxeoloji abidə aşkar edib.

Lent.az xəbər verir ki, bununla bağlı araşdırma “Antiquity” elmi jurnalında dərc olunub.

Arxeoloqlar deyirlər ki, “Soi Hawzak” kimi tanınan ərazidə tapılan tapıntılar buranın insan miqrasiyası və inkişafı üçün mühüm bir yol olduğuna dair mühüm sübutlar təqdim edir.

Komanda 20 min ildən 150 min il əvvələ qədər olan müxtəlif dövrlərə aid zəngin daş alətlər, heyvan sümükləri və qədim bitki örtüyü aşkar edib.

Alimlər qeyd ediblər ki, Zərəvşan vadisi tarixçilərə İpək Yolunun marşrutu kimi məlum olub. Ancaq bundan on və yüz minlərlə il əvvəl insan genişlənməsinin əsas istiqaməti burada yerləşirdi.

“Bölgə müasir Homo sapiens, Neandertallar və ya Denisovalılar kimi bir neçə növ insan üçün miqrasiya yolu rolunu oynamış ola bilərdi və bizim araşdırmamız mərkəzin bu hissələrində məskunlaşan insanların kim olduğunu öyrənmək məqsədi daşıyır.

Bundan əvvəl elm adamları İsraildə ən qədim məbədlərdən birini tapmışdılar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2094
avatar

Oxşar yazılar