ABŞ-da 91 yaşlı Coy adlı qadın Rayan adlı nəvəsi ilə birlikdə 2015-ci ildən səyahətə başlayıb.
Lent.az xəbər verir ki, 2019-cu ildə Rayan səyahət sərgüzəştlərini dostları və ailəsi ilə bölüşmək üçün üçün Instagram və Facebook hesablarını açıb. Qısa zamanda olar 65 000-ə yaxın izləyici qazandılar. Onlar ABŞ-ın 63-cü və sonuncu Amerika Samoası Milli Parkını ziyarət etməyi bu həftəyə planlaşdırıblar.