ABŞ-ın Kaliforniya ştatında tətildə olan uşağın tapıntısı elm aləmində yenilik ola bilər.
Lent.az xəbər verir ki, uşaq daşlıq ərazidə oynayarkən qeyri-adi əşya tapdığı üçün onu valideynlərinə göstərib. Təbii ki, onlar da heç nə anlamayıblar.
Lakin nadir tapıntı ekspertlərə göstərildikdə çox şey məlum olub. Tapıntının təzminən 22 milyon il əvvəl yaşamış akulaya bənzər canlının dişi olduğu üzə çıxıb. Sözügedən canlıların uzunluğu 6 metri keçib.
Dişin üzərində tədqiqatlar davam edir.