Niderlandın Antverpen şəhərinin sakinləri dənizdə maraqlı əşya tapıblar.
Lent.az-ın xəbərinə görə, dəniz kənarında gəzən sakinlər sahilə atılmış butulkaya rast gəliblər.
Butulkanı açdıqda məlum olub ki, içindəki məktub 1922-ci ilə aiddir. O vaxt 2 qız özlərinə sevgili tapmaq arzusu ilə məktub yazaraq dənizə atıblar. Məktubda ev ünvanı və telefonlar da göstərilib.
Lakin qızların qisməti çıxmayıb və məsələ unudulub.