Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 119 mədəniyyət və incəsənət xadiminə qarşı sanksiya imzalayıb.
Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, siyahıya Rusiyanın ən populyar estrada ulduzları, kino və teatr xadimləri, aktyorlar daxil olub.
Sanksiyaya məruz qalanlar arasında Larisa Dolina da var.
Xatırladaq ki o, 1955-ci ildə Bakıda anadan olub. Daha sonra Rusiyaya köçüb.