Müğənni Zamiq Hüseynov açıqlaması ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, müğənni təqdim edəcəyi mahnıları əvvəlcə oğluna dinlətdiyini, bunun sayəsində, sevilib-sevilməyəciyini hiss etdiyini deyib.
“Mahnılara ilk versiyada maşında qulaq asıram. Əgər oğlum əzbərləyirsə, hiss edirəm ki, mahnı seviləcək”.
Qeyd edək ki, Zamiq Hüseynovun oğlu Zeynin 4 yaşı var.