Ulduzların Yeni il ərəfəsində çıxışları üçün qonorarları məlum olub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ən yüksək maaş alan sənətçilər Qriqori Leps, Filipp Kirkorov, Basta və Polina Qaqarinadır. Onların Yeni il konsertinin qiyməti 7-10 milyon rubl (təxminən 129-184 min manat) arasında dəyişir.
Nikolay Baskov, SHAMAN, Sergey Lazarev, Dima Bilan, Leonid Aqutin, Vladimir Presnyakov, Anna Asti, Mixail Shufutinsky, Zivert kimi sənətçilər, "Hands Up!" və "Disco Crash" Yeni il şənliyində çıxış etmək üçün 3,5 ilə 5 milyon rubl (təxminən 64 – 92 min manat) arasında qazanacaq.
Lyubov Uspenskaya, Klava Koka, Soso Pavliaşvili, Lolita, Dmitri Malikov, İrina Dubtsova və müğənni MakSimin qonorarı isə 2 milyondan 3 milyona qədərdir.
Prodüser İlya Saglianinin sözlərinə görə, Yeni il tədbirləri üçün ulduzların sifarişi oktyabrın ortalarında başlayır. O əlavə edib ki, 90-cı və 2000-ci illərin ulduzlarına, eləcə də vətənpərvər mövqeyə malik ifaçılara böyük tələbat var.