Müğənni Gülay Zeynallı xəyanətdən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı MTV-yə bu sözləri deyib:
"Xəyanəti ümumi baxışdan bağışlamaq, insana hər bir şansı vermək olar. Allah bağışlayandırsa, biz mütləq şəkildə bunu bacarmalıyıq. Elə şeylər var ki, keçmək lazımdır.
Hərə bir baxışla baxır, fərqli düşünür. İnsandır, sənə yalan deyər, o anda nəsə düşünər, amma sonradan ağlını başına toplaya bilər. Ona görə də yalanı, xəyanəti bağışlamaq olar".