Aparıcı Zaur Nəbioğlu yenidən tamaşaçıların qarşısına çıxacaq.
Bu barədə Lent..az-a məlumat verən aparıcı bildirib ki, "Stop demədən əylənək" adlı silsilə konsert proqramlarına başlayıblar. Layihə yay mövsümündə həyata keçiriləcək. Bu silsilədən ilk konsert iyunun 1-də ukraynalı ulduzların iştirakı ilə baş tutacaq.
Növbəti konsert isə turkiyəli sənətçi Rafet El Romanın iştirakı ilə olacaq. İyunun 7-də baş tutacaq konsertdə Rafetlə eyni səhnəni yerli sənətçi Günay İbrahimli də bölüşəcək.
Qeyd edək ki, layihənin təşkilatçısı Nahid Emiloglu, aparıcısı Zaur Nəbioğludur.