Xumar Qədimova oğlundan danışdı: <span style="color:red;">"Anasını çox qısqanır"
17 mart 2015 11:38 (UTC +04:00)

Xumar Qədimova oğlundan danışdı: "Anasını çox qısqanır"

 

Müğənni Xumar Qədimova ilk dəfə oğlu barədə danışıb. Lent.az-ın məlumatına görə, “ATV”nin “Gündəlik” verilişinə qonaq olan ifaçı deyib ki, övladının 20 yaşı var: “Oğlumun adı Uğurdur. Onun 20 yaşı var. O, anasını çox sevir, qısqanır, ən əsası da tanıyır. Hazırda universitet təhsil alır".

 

X.Qədimova verilişdə fərqli olduğunu dilə gətirib: “Mənim fərqliyim elə fərqliliyimdədir. Mən hər zaman necə varamsa, elə də olmuşam. Bundan sonra da belə olacam. Fərqlilik gözəldir. Hamıdan seçilirsən. Hamı kimi olmaq üzücüdür. Kim ki fərqlidir, nə bəxtəvər ona. Bəxtəvər fərqli qadına, ifaya, gözəlliyə. Mən fərqliyəm".

 

İfaçı sevgisindən də danışıb: “Yaşadığım sevgi sadəcə ürək sevgisidir. Nəğmələrimi də üzə çıxaran həmin sevgimdir. Sevgi ali, gözəl hissdir. Sevgidən yoxdur. Xumarın da sevgisindən heç yoxdur. Ola da bilməz”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337
avatar

Yalçın UĞUR

Oxşar yazılar